“Biz oyunçular məsuliyyəti öz üzərimizə götürməliyik” – “Tottenhem”in futbolçusu

“Tottenhem”in hücumçusu Son Hın Min komandasının “Vest Hem”ə məğlubiyyətinə (1:2) münasibət bildirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, koreyalı futbolçu belə matçda məğlub olmağın yolverilməz olduğunu bildirib:

“Daha çoxuna layiq olub-olmamağımızın əhəmiyyəti yoxdur, uduzduq və indi vacib olan budur. Düşünürəm ki, belə oyunda uduzmaq yolverilməzdir. Biz oyunçular məsuliyyəti öz üzərimizə götürməliyik”.

Son Hın Min bu mövsüm İngiltərə Premyer Liqasında 15 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button