“Biz layiqli futbol oynadıq” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 21-ci turunda “Tottenhem”ə qarşı keçirdikləri oyundan (2:2) danışıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis komandanın oyunundan razı qaldığını bildirib:

“İki möhtəşəm qol vuranda və iki asan qol buraxanda, bir az məyus olursan. Komandanın oyunundan razıyam, çünki onlar yaxşı oyandılar. Biz layiqli futbol oynadıq”.

“Qırmızı şeytanlar” 21 turdan sonra 32 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. “Tottenhem” 40 xalla 5-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button