“Fantastik matç, fantastik oyun keçirdik” – Emeri

“Aston Villa”nın baş məşqçisi Unay Emeri “Mançester Siti” üzərində qələbəni (1:0) şərh edib.

Komanda.az BBC-yə isitnadən xəbər verir ki, ispaniyalı mütəxəssis çətin matç olduğunu bildirib:

“Kollektiv şəkildə yaxşı nəticələr qazanmağa çalışırıq. Müdafiədə yaxşı iş gördük, güclü pressinq etdik və aqressiv olmağa çalışdıq. Biz fantastik matç, fantastik oyun keçirdik, lakin şənbə günü “Arsenal”la oyuna qədər hələ bir az işimiz var. Təbii ki, qapıçı bir-iki qurtarışı ilə bizi xilas etdi. “Mançester Siti” ilə oynayanda şanslardan istifadə edib, oyunu idarə etməyə çalışmalısan. Fürsətlər yaratdıq, lakin çox çətin matç oldu”.

15 turdan sonra “Aston Villa” Premyer Liqada 32 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button