“Bütün dünyanın qarşısında utandıq” – “Qalatasaray”ın prezidenti

“Qalatasaray”ın prezidenti Dursun Özbək komandasının “Fənərbaxça” ilə Türkiyə Super Kubokunun qalmaqallı oyunu haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, belə bir vəziyyətin olacağını gözləmədiyini bildirib:

“Belə bir vəziyyət gözləmirdim. Biz absurdluqla üz-üzəyik. Bu, dəlilikdir. Urfa kimi gözəl şəhərdə bu derbini izləməkdən həzz alsaq da, gözləmədiyimiz bir şeylə qarşılaşdıq.

Super finalı bir dəqiqəyə tamamladılar. Biz bütün dünyanın qarşısında utandıq. “Qalatasaray” və “Fənərbaxça”nın missiyası insanlara futbolu sevdirməkdir. Bu ayıb deyilmi?”

Aprelin 7-də “Fənərbaxça” və “Qalatasaray”ın qarşılaşdığı Türkiyə Super Kuboku uğrunda oyun baş tutub. Artıq ilk dəqiqədə Mauro İkardi qol vuraraq “Qalatasaray”ı hesabda irəli çıxarıb. Qoldan sonra “Fənərbaxça”nın futbolçuları oyunu boykot edərək meydanı tərk ediblər. Nəticədə, “Fənərbaxça”ya texniki məğlubiyyət verilib. “Qalatasaray” Türkiyə Super Kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button