“Klopp həyatımda gördüyüm ən yaxşı rəqibdir” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Liverpul”un çalışdırıcısı Yurgen Kloppun mövsümün sonunda komandadan ayrılacağına münasibət bildirib.

Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis ötən gecə “Tottenhem”lə keçirilən kubok oyunundan sonra mətbuat kofransında Klopp haqda danışıb: 

“Bundan sonra daha yaxşı yatacam. “Liverpul”a qarşı oynadığımız oyunlar az qala kabusa çevrilmişdi. Təbii ki, Klopp darıxacaq. Bu xəbəri eşitmək şok idi. Mən o an hiss etdim ki, biz nəyisə itirəcəyik. Biz buranı onsuz təsəvvür edə bilmərik. 

“Liverpul” bizim ən böyük rəqibimiz olub. Şəxsən Klopp mənim həyatımda gördüyüm ən yaxşı rəqibdir. “Bayern”də olanda “Borussiya”da, indi də burada. Düşünürəm ki, Premyer Liqa onun xarizması, şəxsiyyəti və xüsusən də, komandasının oyun tərzi üçün darıxacaq.

Bəlkə, bu mənim fikrimdir və o, bunu etiraf etməyəcək, amma qayıdacaq. Mən bunu bilirəm. Futbolun onun kimi məşqçilərə və şəxsiyyətlərə ehtiyacı var. Artıq növbəti mövsümdən birlikdə nahar etməyə vaxtımız olacaq. Və ya layiq olduğumuz içkini içə bilərik”.

Hazırda Premyer Liqada “Liverpul” və “Mançester Siti” arasında çempionluq uğrunda gərgin mübarizə gedir. 21 turdan sonra “qırmızılar” 48 xalla liderdir, bir oyun az keçirlən “şəhərlilər” isə 43 xalla 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button