“Biz 8 oyunu yox, növbəti matçımızı düşünürük” – Ozobiç

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç klubun rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, 30 yaşlı xorvat futbolçu Premyer Liqa çərçivəsində keçirəcəkləri növbəti oyunlara hazırlıqdan danışıb:

“Tam heyətlə olmasa da, hazırlığımız davam edir. Bütün futbolçular olmayanda çətin olur, buna baxmayaraq, məşqlərdən maksimum yararlanmağa çalışırıq. Azərbaycan Premyer Liqasının qalibi olmaq həmişə çətin olub. Bu il də istisna deyil. “Neftçi” ilə mübarizəyə gəlincə, bu il deyil, hər zaman bu komandada yaxşı futbolçular yer alıb. Mövsümün sonuna 8 tur qalıb. Ancaq biz 8 oyunu deyil, sırf olaraq növbəti matçımızı düşünürük. Baş məşqçimiz də bizdən həmişə performansımızın yüksək olmasını tələb edir”.