Birinci divizion: Mükafatlandırma mərasimi keçirildi – VİDEO

Birinci divizionda 2020/2021-ci illər mövsümünün sonuncu oyunu “Zaqatala” – “Neftçi-2” qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, “Neftçi” Futbol Mərkəzinin 4-cü meydançasında baş tutan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Neftçi” klubunun prezidenti Kamran Quliyev və başqa rəsmi şəxslər iştirak etdilər.

Hələ 2 tur əvvəl çempionluğu təmin edən “Neftçi-2”yə qızıl, “Zaqatala”ya isə gümüş medallar təqdim edilib.

Ötən tur üçüncü olacağı dəqiqləşən “Turan Tovuz” bürünc medallara sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button