“Bir səhv etdim və bu, mənə baha başa gəldi” – Mahir Emreli

Futbol üzrə Azərbaycan milli komandanın hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah “Jozi Bartel” stadionunda keçiriləcək Lüksemburqla oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu bu gün keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibin potensialına bələdik. Ağır oyun olacağını bilirik. Qrupun son oyunudur. Azərbaycana qalib kimi dönmək istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik.

İlk oyunda qırmızı vərəqə alaraq komandamı azlıqda qoymuşdum. Hər bir futbolçunun başına gələ biləcək hadisədir. Bir səhv etdim və bu, mənə baha başa gəldi. Qisas barədə düşünmürəm. Bakıdakı oyunda məğlub olmamalıydıq. Azlıqda qalmağımıza baxmayaraq, qol vurmuşduq. Həmin oyunun psixoloji təsirini üzərimizdən atmasaq, bizə çətin olar. Mən artıq o anı unutmuşam.

Az qol vurmağımıza gəlincə, hər oyunda fərqlənmək imkanımız olub, ancaq istifadə edə bilməmişik. Bunu təcrübəsizlik və ya şanssızlıqla əlaqələndirməzdim. Elə oyun olur düşən fürsətdən maksimum istifadə edirsən, elə oyun olur alınmır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button