“Bir az soyuqqanlı olsaydıq, qol da vura bilərdik” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 8-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, qolsuz bərabərliklə bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Neftçi” ilə oynamaq çətin idi. Lakin çox vacib oyun idi. Səfərdə bu komanda ilə oynamaq daha çətindir. Amma bu cür oyunlar bizim üçün vacibdir. Futbolçular əzmkarlıqları ilə xal qazandılar. Mübarizəli oyun oldu. Əks hücumlarda yaxşı epizodlara girdik. Bir az soyuqqanlı olsaydıq, qol da vura bilərdik. Bizim üçün hər xal önəmlidir. Çempionat daha da gərginləşir. İkinci dövrə daha çətin olacaq”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button