Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Calud Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) dəvəti ilə ölkəmizə səfərə gəlib.

Komanda.az xəbər verir ki, o, AAF-ın prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudovla birlikdə ilk olaraq Fəxri Xiyabana gedib.

Burada Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilərək, xatirəsi dərin ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub. Sonra onlar Şəhidlər Xiyabanına gedərək, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid olanların məzarları üzərinə gül dəstələri qoyublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button