Beyl “Tottenhem”ə lazım deyil

İngiltərənin “Tottenhem” klubu icarə əsasında komandada çıxış edən Qaret Beyllə bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, London klubu uelsli futbolçunun xidmətində maraqlı deyil. Bu səbəblə, “Tottenhem” ona yeni müqavilə təklif etməyəcək. İcarə müqaviləsinin sonunda 32 yaşlı futbolçu məxsus olduğu “Real”a qayıdacaq.

Beylin “Tottenhem”lə icarə müqaviləsi cari mövsümün sonunda başa çatır. Futbolçunun “Real”la müqaviləsi isə 2022-ci ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button