Beyl “Real”dan ayrılır? – meneceri açıqladı

“Real”dakı gələcəyi müzakirə edilən Qaret Beylin meneceri Conatan Barnett açıqlama verib.

Komanda.az “BBC Sport”a istinadən xəbər verir ki, menecer, uelsli futbolçunun “kral klubu”ndakı gələcəyi ilə bağlı bunları deyib:

“Beylin “Real”dakı vəziyyəti yaxşıdır, onun daha iki illik müqaviləsi var. Madriddə yaşamağı sevir və heç bir yerə getmir. O, komandadakı hər bir futbolçu qədər yaxşı vəziyyətdədir. Məsələnin geri qalanı baş məşqçi Zinəddin Zidanla bağlıdır. Zidan onu oynatmaq istəmir, amma Beyl hər gün yüksək səviyyədə məşq edir.

Əlbəttə, Beylə təkliflər var, amma onun şərtlərini qarşılaya biləcək klub yoxdur. Beyl hazırda dünyanın ən yaxşı futbolçularından biridir və ən yaxşı oyunçular icarəyə verilməz”.

2013-cü ildən “Real”ın şərəfini qoruyan Beylin klubla müqaviləsi 2022-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button