250-ci oyununu keçirdi, forma hədiyyə edildi

“Real” İspaniya La Liqasının 28-ci turunda “Eybar”ı məğlub edib.

Komanda.az xəbər verir ki, 3:1 hesabıyla bitən görüş Madrid təmsilçisinin futbolçusu Qaret Beyl üçün əlamətdar olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Eybar”la matç uelsli hücumçu üçün “Real”dakı 250-ci oyun olub.

2013-cü ildən “Real”da çıxış edən Beyl, bu oyunlarda 105 qol vurub və 68 məhsuldar ötürmə edib.

“Eybar”la oyundan sonra “Real”ın prezidenti Florentino Peres Beylə 250 nömrəli forma hədiyyə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button