“Beşiktaş”ın futbolçusundan DÇ-də tarixi rekord

Kanada yığmasının və “Beşiktaş”ın yarımmüdafiəçisi Atiba Hatçinson dünya çempionatında yeni rekord müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, Atiba buna qrup mərhələsinin birinci turu çərçivəsində baş tutan Kanada – Belçika matçında meydana çıxmaqla nail olub.

O, mundial tarixində start heyətdə meydana çıxan ən yaşlı futbolçu qismində tarixə düşüb. Hatçinson 39 yaş 288 günlüyündə ilk “11-lik”də yer alıb.

Kanadalı futbolçu həm də 1994-cü ildən bəri DÇ-də oynamış ən yaşlı oyunçu ünvanına yiyələnib. Həmin ildə keçirilən dünya birinciliyində Kamerun millisinin hücumçusu Roje Milla 42 yaş 39 günlüyündə Braziliyaya qarşı matça (0:3) çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button