“Beşiktaş” onu icarəyə göndərdi

Türkiyənin “Beşiktaş” klubu yarımmüdafiəçisi Sedat Şahintürkü icarəyə verib.

Komanda.az xəbər verir ki, 23 yaşlı futbolçu qarşıdakı mövsümü elitaya yenicə vəsiqə qazanmış “Dənizlispor”da keçirəcək.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Sedat icarəyə verilməzdən öncə “Beşiktaş”la müqaviləsinin müddətini 2022-ci ilə qədər uzatmağa da razılıq verib.

“Beşiktaş”ın yetirməsi olan Şahintürk, 2017-ci ildə İstanbul klubu ilə peşəkar müqavilə bağlayıb. Amma gənc futbolçu son iki mövsümdə icarə əsasında “Balıkəsirspor” klubunda çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button