“Arsenal”ın İngiltərədə yalnız bir rəqibi var – Berqkampa görə

“Arsenal”ın sabiq futbolçusu Dennis Berqkamp İngiltərə Premyer Liqasında çempionluq yarışı barədə fikirlərini bölüşüb.

Komanda.az “The Overlap”-a istinadən xəbər verir ki, o, “Arsenal”ın qızıl medallar uğrunda əsas və yeganə real rəqibinin “Mançester Siti” olduğunu düşünür:

“Mən çox narahat olmazdım, çünki düşünürəm ki, digər komandalar hazırda kifayət qədər güclü deyil. Ola bilsin ki, yalnız “Mançester Siti” çempionluq yarışında olsun”.

O əlavə edib ki, Mikel Artetanın komandası diqqətini qarşıdakı hər bir oyuna yönəltməlidir.

“Arsenal” hazırda 56 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir. Pep Qvardiolanın komandası onlardan 6 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button