Benzema üçün Premyer Liqa iddiası

“Real”ın futbolçusu Kərim Benzema karyerasını “Mançester Yunayted”də davam etdirə bilər. 

Komanda.az xəbər verir ki, bu iddianı “El Nacional” irəli sürüb.

Məlumata görə, fransalı hücumçu “Real”la müqaviləni uzatmaq niyyətindədir. Lakin o, yeni müqavilə imzalaya bilməsə, İngiltərə klubuna keçmək variantını nəzərdən keçirməyə hazırdır.

Benzema 2009-cu ilin iyulundan “Rea”da çıxış edir.

O, “kral klubu”nun heyətində 614 oyuna çıxıb, 327 qol vurub və 160 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button