“Benfika”nın hücumçusu BƏƏ klubuna keçdi

“Benfika”nın hücumçusu Haris Səfəroviç Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vasl” klubuna keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, onunla 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Səfəroviç 2022/23 mövsümünü icarə əsasında İspaniyanın “Selta” klubunda keçirib. O, 18 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.

Səfəroviç karyerası ərzində “Fiorentina”, “Real Sosyedad”, “Ayntraxt” (Frankfurt), “Qalatasaray” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button