Qardaşına görə “İnter”ə keçə bilər

“Mançester Yunayted”in hücumçusu Romelu Lukaku Avropa nəhənglərinin transfer hədəfindədir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa çempionu PSJ və İtaliya A Seriyasında çıxış edən “İnter” 25 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Belçikalı futbolçunun isə İtaliyada çıxış etmək istədiyi deyilir. Qardaşı Cordan Lukakunun “Latsio”da oynaması, onun bu ölkədə çıxış etmək istəməsinin əsas səbəbi kimi göstərilir.

Bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 45 oyunda iştirak edən Lukaku, 15 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.