AÇ-2020: “Oyundan əvvəl çox ağladım” – Lukaku

Belçika milli komandasının futbolçusu Romelu Lukaku AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Rusiyanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Lukaku, Danimarka – Finlandiya matçında huşunu itirən Kristian Eriksenlə bağlı danışıb:

“Oyundan əvvəl çox ağladım. Matça diqqətimi verə bilmirdim. Eriksenlə görüşəcəm, ümid edirəm ki, təhlükə qalmayıb. Dualarım onunladır”.

Belçika yığması Rusiyanı 3:0 hesabıyla məğlub edib. Lukaku sözügedən matçda iki qolla yadda qalıb.