AÇ-2020-dən sonra “Tottenhem”i çalışdıra bilər – millinin baş məşqçisi

Belçika milli komandasının baş məşqçisi Roberto Martines İngiltərədə çalışa bilər.

Komanda.az xəbər verir ki, “Tottenhem” rəhbərliyi baş məşqçi postuna Martinesi gətirmək niyyətindədir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Martines AÇ-2020-dən sonra “Tottenhem”də işə başlaya bilər. Tərəflər arasında artıq ilkin danışıqların başladığı iddia olunur.

2016-cı ildən Belçika yığmasını çalışdıran Martinesin milli komanda ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

“Tottenhem”i hazırda müvəqqəti olaraq Rayan Meyson çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button