Qriqorçuk qovuldu

Belarusun “Şaxtyor” klubunda baş məşqçi Roman Qriqorçuk vəzifəsindən azad edilib.

Komanda.az xəbər verir ki, bu barədə Soliqroski təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qriqorçukun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Şaxtyor” Konfrans Liqasının 2-ci mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda Lüksemburqun “Fola” komandasına uduzub – 1:2. Bu məğlubiyyət ukraynalı mütəxəssislə yolların ayrılmasına səbəb olub.

Qriqorçuk ötən ilin yayından “Şaxtyor”u çalışdırırdı. O, 2015-2018-ci illər aralığında “Qəbələ”də baş məşqçilik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button