“Bazel” Bakı səfəri öncəsi xal itirdi

Futbol üzrə İsveçrə çempionatında 6-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Luqano” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

“Bazel” 6 turdan sonra 12 xalla 10 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ”ın “Bazel”lə ilk oyunu sentyabrın 16-da Bakıda, ikinci qarşılaşması isə dekabrın 9-da səfərdə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button