Naqelsmann: “Barselona”nı hələ də ÇL-in favoritləri arasında görürəm”

“Bayern”in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasında (ÇL) “Barselona”ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis, Kataloniya təmsilçisinin Çempionlar Liqasının favoritlərindən olduğunu söyləyib:

“Xavi və komandası çox məşq edib. “Barselona”da yeni şeylərin olduğu hiss olunur. Komandada hələ də dünya səviyyəli futbolçular var. Qrupda vəziyyətləri çətindir və bu oyunu qazanmalıdırlar. Bizim məqsədimiz onları Çempionlar Liqasından kənarlaşdırmaq deyil, 3 xal qazanmaqdır. “Barselona”nı hələ də turnirin favoritləri arasında görürəm. Ən yaxşı oyunumuzu oynamalıyıq”.

Bu gün keçiriləcək “Bayern” – “Barselona” matçı saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button