Almaniya klubu Qrinvud üçün danışıqlara başlayıb

“Marsel”in vingeri Meyson Qrinvud “Bayern”in maraq dairəsinə düşüb.

Komanda.az “MatchDay Central”-a istinadən xəbər verir ki, Münhen təmsilçisi hücum xəttini gücləndirmək variantlarını nəzərdən keçirir. Bu isə Mikael Olisenin klubdan ayrılacağı halda aktuallaşa bilər.

Bildirilir ki, Oliseyə “Real” maraq göstərir. Fransalı futbolçu komandadan ayrılsa, “Bayern” onun yerinə Qrinvudu transfer etməyə çalışacaq. İngiltərəli oyunçu ilə bağlı ilkin danışıqların artıq başladığı da vurğulanır.

“Transfermarkt” portalına əsasən, Meyson Qrinvudun dəyəri 50 milyon, Olisenin isə 130 milyon avro təşkil edir. Hər iki futbolçu hazırda 24 yaşındadır.

“Mançester Yunayted”in yetirməsi olan Qrinvud cari mövsümdə “Marsel” forması ilə bütün turnirlərdə 38 oyunda 25 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button