Noyeri əvəzləmək üçün Nübel

“Bayern”in əsas qapıçısı Manuel Noyer zədələnib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən, Münhen klubu icarə əsasında “Monako”da çıxış edən qapıçı Aleksandr Nübeli birdəfəlik komandaya cəlb etmək istəyir.

Lakin 26 yaşlı futbolçu Münhen klubunun qapıçılar üzrə məşqçisi Toni Tapaloviçə görə Almaniyaya qayıtmaq niyyətində deyil. Buna baxmayaraq, “Bayern” Tapaloviçi komandadan uzaqlaşdırmağı düşünmür.

Almaniya təmsilçisi Nübel üçün “Monako” ilə danışıqları davam etdirir. Eyni zamanda, klub alternativ variantları da nəzərdən keçirir.

Manuel Noyerin xizək sürən zaman ayağı sınıb. O, bu səbəbdən komandaya kömək edə bilmir.

Fransa klubu “Monako” 2021-ci ilin iyulundan 2023-cü ilin iyununa kimi Aleksandr Nübeli “Bayern”dən icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button