“Bayern” Mourinyo və Kontenin namizədliyindən imtina edib

“Bayern” Antonio Konte və Joze Mourinyonu baş məşqçi postuna namizədlər siyahısından çıxarıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl Avstriya millisinin baş məşqçisi Ralf Ranqnikin “Bayern”ə rəhbərlik edə biləcəyi bildirilirdi. O, Münhen klubunun baş məşqçi postu üçün “Bayer”ə başçılıq edən Xabi Alonsoya ilk alternativdir.

“Bayern”ə hazırda bu mövsümün sonunda klubu tərk edəcək Tomas Tuxel rəhbərlik edir. Münhenlilər hazırda 60 xalla Almaniya çempionatının turnir cədvəlində ikinci yerdədirlər. Komanda lider “Bayer”dən 10 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button