“Bayern” Keynə 250 min avro ödəyəcək

Harri Keyn “Bayern” rəhbərliyindən bonus alacaq.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, ingiltərəli hücumçu bu mövsüm göstərdiyi performansa görə mükafatlandırılacaq. Mükafatın məbləği 250 min avro olacaq.

Keynin müqaviləsinə əsasən, bir mövsümdə 40-dan çox qol vurarsa, ona mükafat veriləcək. O, 41 matçda 40 qol vurub və 13 məhsuldar ötürmə edib.

İngiltərəli forvard ötən yay “Bayern”ə keçib. Onun transferi üçün münhenlilər “Tottenhem”ə 110 milyon avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button