“Bayer” və PSJ-dən “qızıl dubl”

PSJ Lion “Olimpik”ini məğlub edərək Fransa kubokunu qazanıb.

Komanda.az xəbər verir ki, həlledici görüş Luis Enrikenin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Paris klubunun heyətində Usman Dembele (22-ci dəqiqə) və Fabian Ruis (34) fərqləniblər. Lion klubunda isə Ceyk O Brayen fərqlənib (55).

Bu gün həm də “Bayer” finalda “Kayzerslautern”i məğlub edərək Almaniya kubokunun qalibi olub. 16-cı dəqiqədə Qranit Caka dəqiq zərbə ilə qələbə qoluna imza atıb.

Bununla da “Bayer”lə PSJ cari mövsümü “qızıl dubl”la başa vurublar. Hər iki komanda cari mövsümdə ölkə çempionatının da qalibi olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button