“Bayer” “Frayburq”dan da üstündür” – Mustafazadə

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Almaniyanın “Bayer” klubuna qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunu ərəfəsində fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları deyib:

“Bayer”in gücündən danışmağa ehtiyac duymuram. Sabah bizi maraqlı oyun gözləyir. Gərgin oyun olacaq. Əsas bizim onlara qarşı necə reaksiya göstərməyimizdir. Komanda olaraq əlimizdən gələni edəcəyik. Almaniya klubları taktiki savadları və intizamları ilə seçiliblər. Düşünürəm ki, bəzi məsələlərdə “Bayer” “Frayburq”dan da üstündür. Bu tip rəqiblərə qarşı daha kompakt oynayaraq nəticə qazanmaq olar”.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button