“Bavariya”da Levandovski sevinci

“Bavariya”nın zədəli futbolçusu Robert Levandovski artıq sağalmağa başlayır.

Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, polşalı hücumçunun artıq fərdi məşqlərə başladığı bildirilib.

Levandovski mart ayında Polşa milli komandasının Andorraya qarşı keçirdiyi oyunda (3:0) zədələnmişdi.

Levandovski “Bavariya”nın sabah PSJ ilə qarşılaşacağı Çempionlar Liqası matçını buraxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button