“O, dünyanın ən yaxşı hücumçusu ola bilər” – Levandovski

“Bavariya”nın futbolçusu Robert Levandovski “Borusiya”nın (Dortmund) hücumçusu Erlinq Halandla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, polşalı hücumçu, Halandla bağlı bunları deyib:

“Haland möhtəşəm futbolçudur. Onun yaxşı gələcəyi var, lakin hələ gəncdir. O, dünyanın ən yaxşı hücumçusu ola bilər. Halandın üzünə baxanda onda qol vurmaq arzusunun olduğunu görürəm.

İşləri yolunda getsə, dünyanın ən yaxşı futbolçularından ola bilər. Lakin bu, hər zaman asan olmur. Buna baxmayaraq, gənc yaşında çoxlu qollar vurub”.

Haland bu mövsüm “Borussiya” ilə 34 oyunda 33 qol vurub.

20 yaşlı hücumçunun transfer dəyəri 110 milyon avrodur.