“Bavariya”nın baş məşqçisi bilindi – rəsmi

“Bavariya”da Niko Kovaçın istefasından sonra yeni baş məşqçinin adı açıqlanıb.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisini Hansi Flik çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, daha əvvəl “Bavariya”da köməkçi məşqçi olan Flikin qış fasiləsinə qədər komandada baş məşqçilik edəcəyi bildirilir.

Flik Niko Kovaçın istefasından sonra müvəqqəti olaraq komandaya baş məşqçilik edirdi. “Bavariya” 54 yaşlı mütəxəssisin rəhbərliyi ilə çıxdığı 2 oyunda da qələbə qazanıb. Münhen təmsilçisi bu matçlarda “Borussiya”nı (Dortmund) 4:0, “Olimpiakos”u isə2:0 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button