“Barselona” onunla vidalaşır – “Bavariya” və “İnter” istəyir

Cari mövsümün sonunda “Barselona”dan ayrılmaq istədiyi deyilən İvan Rakitiç üçün transfer yarışı başlayıb.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Ayaks”dan Frenki de Yonqun transfer olunması səbəbi ilə komandadan ayrılmaq istəyən futbolçu, “Bavariya”nın transfer hədəfindədir. Bu məsələdə Münhen klubunun əsas rəqibi isə İtaliya “İnter”idir.

Hər iki klubun 30 yaşlı vingeri transfer etmək üçün yaxın zamanda hərəkətə keçəcəyi deyilir.

Kataloniya təmsilçisi ilə 2021-ci ilədək müqaviləsi olan xorvatiyalı futbolçu, bu mövsüm iştirak etdiyi 36 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button