“Bavariya” rekordun bir addımlığında

“Bavariya” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Lion”a 3:0 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi qitənin ən nüfuzlu klub turnirində yeni rekord müəyyənləşdirə bilər. Belə ki, almanlar cari mövsümdə Çempionlar Liqasında 42 qol vurub. Onlar bu göstəricidə yalnız “Barselona”dan geridə qalırlar. Kataloniyalılar 1999/2000-ci il mövsümünündə turnirdə 45 qol vurub. Finalda PSJ ilə qarşılaşacaq “Bavariya” üç və daha artıq qol vursa, yeni rekord müəyyənləşdirəcək.

PSJ ilə “Bavariya” arasındakı həlledici matç avqustun 23-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button