“Noyerin “Bavariya”da qalmaq təklifini qəbul etməsini gözləyirəm”

“Bavariya” klubunun idarə heyətinin sədri Karl-Haynts Rummenigge qapıçı Manuel Noyerlə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, Noyerlə yeni müqavilə ilə bağlı razılığın əldə olunacağına inandığını bildirib:

“Danışıqlar davam edir. Bu barədə nikbinəm və Noyerin “Bavariya”da qalmaq təklifini qəbul etməsini gözləyirəm. Noyer və “Bavariya” arasındakı birliyin davam edəcəyinə inanıram”.

Noyerin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır. Yeni müqavilə ilə bağlı danışıqlar başlasa da, tərəflər razılığa gələ bilməyib.