“Bavariya” Kovaçı göndərir – İki namizəd var

Cari mövsümdə Almaniya Bundesliqasında çempionluq yarışını davam etdirən və Çempionlar Liqasında mübarizəni dayandıran “Bavariya”da baş məşqçi dəyişikliyi baş verə bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi cari mövsümün sonunda Niko Kovaçı istefaya göndərməyə hazırlaşır. Münhen klubunun rəhbərliyi Kovaçın əvəzinə baş məşqçi postuna namizədlərin axtarışına da başlayıb. Klub rəhbərliyi komandanın “sükanı arxasına” PSJ-nin baş məşqçisi Tomas Tuxel və ya “Ayaks”ın çalışdırıcısı Erik ten Haqı gətirmək niyyətindədir.

“Bavariya” rəhbərliyinin Tuxelin meneceri ilə ilkin danışıqlara başladığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button