Levandovski Obameyanqın rekorduna şərik oldu

“Bavariya” Almaniya Bundesliqasının 8-ci turunda “Auqsburq”la qollu bərabərə qalıb – 2:2.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşma Münhen təmsilçisinin futbolçusu Robert Levandovski üçün əlamətdar olub. Belə ki, polşalı hücumçu Bundesliqada ilk 8 turda da fərqlənməyib bacarıb. O, bununla da Dortmund “Borussiya”sının sabiq futbolçusu Pyer-Emerik Obameyanqın rekorduna şərik olub.

Levandovski növbəti turda da qol vursa, qabonlu hücumçunun rekordunu yeniləyəcək.

“Bavariya” 9-cu tur çərçivəsində öz meydanında “Yunion”u qəbul edəcək. Oyun oktyabrın 26-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button