Basketbol: “Sumqayıt” səfərdə qələbə qazandı

Azərbaycan Basketbol Liqasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu oyun Şəkidə keçirilib.

Şəhərin eyniadlı komandası “Sumqayıt”ı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 98:83.

Bu nəticədən sonra 20-ci xalını qazanan “gənclik şəhəri” təmsilçisi 7-ci sıradakı “Cəlilabad”a çatıb. “Şəki” 15 xalla sonuncudur.

15-ci turda “Neftçi” “Gəncə”ni (97:62), “NTD İndiqo” “Sərhədçi”ni (84:74), “Xəzri” “Xırdalan”ı (108:82), “Sabah” “Cəlilabad”ı (90:76) məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button