“Başakşəhər”də Özil şoku

Türkiyənin “Başakşəhər” klubunun yarımmüdafiəçi Məsut Özil uzun müddətə sıradan çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun prezidenti Göksel Gümüşdağ yerli mətbuata açıqlamasında bildirib.

O, təcrübəli futbolçunun belində yaranmış problemlə əlaqədar əməliyyat olunacağını bəyan edib. Bu üzdən Özilin azı 3 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.

Xatırladaq ki, Məsut Özil bu yay “Fənərbaxça”dan ayrılaraq “Başakşəhər”lə 1+1 illik sözləşməyə imza atıb. 33 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində cəmi 3 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button