“Barselona” ilə müqavilə imzaladıqdan sonra onu çox xoşbəxt görürəm”

“Barselona”nın yeni transferi Serxio Aqueronun atası Leonel Del Kastilyo açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kastilyo, argentinalı hücumçu ilə İngiltərənin “Arsenal” və “Çelsi” klublarının da maraqlandığını deyib:

“Barselona” ilə müqavilə imzaladıqdan sonra onu çox xoşbəxt görürəm. 15 yaşından bəri Lionel Messi ilə dostluq edirlər və davamlı əlaqədədirlər. Görünür ki, bundan sonra da birlikdə oynayacaqlar.

“Arsenal” və “Çelsi” transfer baş tutana qədər Aquero ilə maraqlanırdılar. Aquero İngiltərədə qalmasaydı, ya İspaniya, ya da İtaliyaya gedəcəkdi”.

“Mançester Siti”dən ayrılan Aquero “Barselona” ilə iki illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button