“O, “Barselona”ya keçməyim üçün çox israr etdi” – Depay

“Barselona”nın yeni transferi Memfis Depay klubun saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, niderlandlı hücumçu, Kataloniya təmsilçisinə keçidi haqda danışıb:

“Bu, xüsusi bir gündür. Burda olmaqdan məmnunam və hər kəslə tanış olmaq üçün səbirsizlənirəm. Tətildən yeni qayıtmışam və indi diqqətimi işimə verməliyəm. Komandaya mümkün qədər tez uyğunlaşmağa çalışacam.

Baş məşqçi Ronald Kumanla işləmişəm, onun rəhbərliyi altında yığmada çıxış etmişəm. Zədələndiyim vaxtlarda mənə çox kömək olub. Daha güclü qayıtmağım üçün məni dəstəkləyib. O, “Barselona”ya keçməyim üçün çox israr etdi. İndi burda olduğum üçün çox xoşbəxtəm. Döyüşə hazıram”.

“Barselona” Depayla 2 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button