Ronaldinyo Messinin PSJ-yə keçidi haqda: “Çempionluğun iyini hiss edirəm”

“Barselona”nın və PSJ-nin sabiq futbolçusu Ronaldinyo argentinalı hücumçu Lionel Messinin PSJ-yə keçidindən danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı keçmiş yarımmüdafiəçi, Messinin Paris klubu ilə müqavilə imzalaması ilə bağlı bunları deyib:

“PSJ və “Barselona”da oynamaq mənim üçün böyük zövq olub. İndi dostumun onlardan birinin formasını geyinməsini görmək məni xoşbəxt edir. Leo, xoşbəxt anların çox olsun!

Serxio Ramosun da PSJ-yə keçməsinə çox sevindim. Parislilər möhtəşəm komanda yaradıb. Çempionluğun iyini hiss edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button