“Barselona”nın sabiq futbolçusu Avropaya qayıdır

“Barselona”nın və Braziliya yığmasının sabiq futbolçusu Paulinyo “Quançjou Everqrand” klubu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Çin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Paulinyo ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 32 yaşlı yarımmüdafiəçinin yenidən Avropada çıxış edəcəyi gözlənilir.

2015-2017-ci illərdə “Tottenhem”də, 2017-2019-cu illər aralığında “Barselona”da çıxış edən Paulinyo, 2019-cu ilin yanvarında 42 milyon avro qarşılığında “Quançjou Everqrand” klubuna keçmişdi.

Paulinyo Braziliya yığmasında 56 oyunda 13 qol vurub.