“Barselona”nın skautları onu izləyir – Qətərdə

“Barselona” klubunun skautları DÇ-2022-də Niderland millisinin və PSV-nin hücumçusu Kodi Qakponun oyununu izləyir.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, futbolçu mundialda yaxşı çıxış edərsə, Kataloniya klubu onu transfer edə bilər.

PSV 23 yaşlı hücumçu üçün 50 milyon avro istəyir. Onunla “Mançester Yunayted” da maraqlanır.

Qakpo bu mövsüm PSV-də bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, 13 qol vurub və 17 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button