“Qvardiolanın insanlığını deyil, baş məşqçiliyini sevirəm”

“Barselona”nın sabiq futbolçusu Samuel Eto açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş hücumçu, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola haqda danışıb:

“Qvardiolanın insanlığını deyil, baş məşqçiliyini sevirəm. Çünki o, çox yaxşı baş məşqçidir. Futbolçuları məlumatlandırmaqda fərqli yolları var. Futbol oynamağı onunla öyrəndim. Məni bir ay ehtiyat oyunçular skamyasında əyləşdirdi. Məni ən yaxşı etmək üçün çox çalışdı. Onun sayəsində ən yaxşı səviyyəyə yüksəldim və hər şeyi qazandım”.