“Barselona” Arauxonu Pedri və Qaviyə qurban verməyə hazırdır

“Barselona” rəhbərliyi yay transfer pəncərəsində müdafiəçi Ronald Arauxonu satmağı düşünür.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, klub prezidenti Xuan Laportaya pul lazımdır, ona görə də, uruqvaylı futbolçunu qurban verməyə hazırdır.

Klub prezidenti futbolçunun transferindən təxminən 80 milyon avro qazanmağı planlaşdırır. Laporta komandada yüksələn yarımmüdafiəçiləri – Pedri və Qavini saxlamaq üçün uruqvaylı futbolçunu satacaq. Arauxoya iddialılar arasında “Bayern” və “Mançester Yunayted” də var.

25 yaşlı müdafiəçi cari mövsümdə La Liqada 22 oyun keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button