“Barselona”nın oyunu təxirə salındı

İspaniya La Liqasının 27-ci turu çərçivəsində bu gün “Osasuna” ilə qarşılaşmalı olan “Barselona”nın matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, “Barselona”nın tibb heyətinin üzvü olan Karles Minyarronun vəfatına görə oyun bu gün keçirilməyəcək.

Həkimin hansı səbəbdən ölməsi hələ ki məlum deyil. Matçın təxirə salınmasını futbolçuların özləri istəyiblər. Oyun bu gün saat 00:00-da baş tutmalı idi.

40 yaşlı Karles Minyarro 2017-ci ildən komandada çalışırdı. O, bu mövsüm futzal komandasından əsas futbol komandasına keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button