“Barselona”nın hədəfi – “Liverpul”un hücumçusu

“Barselona”nın idman direktoru Deku “Liverpul”dan hücumçu transfer etmək arzusundadır.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, söhbət 2022-ci ilin yanvarından İngiltərə klubunda çıxış edən Luis Diasdan gedir. 27 yaşlı futbolçu “Barselona”nın əsas hədəflərindən biridir. Lakin “Liverpul” çətin ki, belə vacib oyunçunu buraxmağa razı olsun.

Dias bu günə kimi “qırmızılar”ın heyətində İngiltərə kubokunu və iki Liqa kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button