“Barselona” ilə müqaviləsini yeniləmək istəyir

“Barselona”nın futbolçusu Osman Dembele klubla müqaviləsini yeniləmək istəyir.

Komanda.az xəbər verir ki, 23 yaşlı hücumçu sözləşməsinin müddətinin artırılmasını istəyir. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, tərəflər arasında danışıqların davam etdiyi bildirilib.

Dembele bu mövsüm “Barselona” ilə 33 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib. Fransalı futbolçunun klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button